Modern.az

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın”

“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın”

Aktual

9 May 2025, 23:40

Sumqayıtda 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. 

 

Ev sahibi Zakir Qasımovun sözlərinə görə, evi özü yandırıb: “İstəmirəm ki, ev arvadıma, oğluma qalsın. 10 ildir ki, aramızda söz-söhbət var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi