Modern.az

Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə yenə zəlzələ oldu

Aktual

12 May 2025, 15:25

Bazar ertəsi, mayın 12-də Türkiyənin Amasiya vilayətində 4,2 və 4,4 bal gücündə iki zəlzələ baş verib.

Modern.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Qurumunun (AFAD) məlumatına görə, yerli vaxtla saat 12:23 və 12:26-da qeydə alınan yeraltı təkanların episentri Gümüşhacıköy bölgəsi olub.

Zəlzələnin ocağı 10 km-dən çox dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi