Modern.az

Təbiət ərazilərinin mühafizəsi üçün fondun formalaşdığı mənbələr artırılıb

Təbiət ərazilərinin mühafizəsi üçün fondun formalaşdığı mənbələr artırılıb

Aktual

12 May 2025, 15:34

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondunun formalaşdığı mənbələr artıb.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödəmələrin (balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr istisna olmaqla) və qeyri-qanuni vəhşi heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği də fondun mənbələri hesab olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI