Modern.az

6 nəfər sosial şəbəkədə fahişəliyə cəlb edilib - Cinayət işi AÇILIB

6 nəfər sosial şəbəkədə fahişəliyə cəlb edilib - Cinayət işi AÇILIB

13 May 2025, 11:02

Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlbetmə maddəsi ilə 6 cinayət işi başladılıb.

Modern.az xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üçün illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, informasiya texnologiyalarının ("WhatsApp", "TikTok", "Instagram", "Telegram" sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlbetmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanıldılıb.

Qeyd edək ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi