Modern.az

Məşhurlar Elgünün ölümünə səssiz qalmadılar - FOTO

Məşhurlar Elgünün ölümünə səssiz qalmadılar - FOTO

15 May 2025, 18:25

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülərək tərk edilib, o, ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Modern.az xəbər verir ki, dövlət qurumları tərəfindən görülən tədbirlərlə sosial şəbəkələrdə də aksiya başladılıb.

Elgünün yaxınları və dostları, həmçinin bir sıra müğənni və bloqerlər instaqram hesablarında Elgünün qətli ilə bağlı paylaşım edib, gənc oğlanın cinayətin qurbanı olmasına səssiz qalmayıblar.

Qeyd edək ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi