Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.
Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.