Modern.az

Evlərdən 14 min manatlıq oğurluq: tutulan var

Evlərdən 14 min manatlıq oğurluq: tutulan var

Aktual

16 May 2025, 09:58

Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

Modern.az xəbər verir ki, onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.

Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satması məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Cinayət işi üzrə tədbirlər davam etdirilir.

E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi