ABŞ prezidenti Donald Trampın nəvəsi dünyaya gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentin qızı Tiffani Tramp və əri Maykl Bulos ilk dəfə valideyn olublar. Cütlük X və Instagram sosial şəbəkələrində körpənin adını da açıqlayıb.
"Bu dünyaya xoş gəldin, şirin balamız - Aleksandr Tramp Bulos. Biz səni sözlərlə ifadə oluna biləcək qədər sevirik! Həyatımıza gəldiyin üçün təşəkkür edirik!", - cütlük yazıb.
Onlar 2018-ci ildə Yunanıstanın Mikonos adasındakı Lindsi Lohanın klubunda tanış olublar..
Maykl Ağ Evin Qızılgül bağında Tiffaniyə 1,2 milyon dollarlıq brilyant qaşlı üzük verərək evlilik təklif edib.
Tiffani və Maykl Bulos 2022-ci ilin noyabrında Floridadakı Mar-a-Lago malikanəsində evləniblər.