Modern.az

"Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər"

"Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər"

Aktual

16 May 2025, 21:10

Gəncədə döyülərək öldürüldüyü deyilən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

Modern.az də xəbər verir ki, onlar Elgünün məktəbdə nümunəvi şagird olduğunu bildiriblər.

“Anası xəstə adamdır, pis vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik”, - mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

“Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır”.

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb.

Ətraflı Baku TV-nin süjetində:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi