Modern.az

Celal Şengörün həbsi tələb edilir

Celal Şengörün həbsi tələb edilir

17 May 2025, 17:50

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Buna səbəb kimi C.Şengörün sosial şəbəkələrdə paylaşılan videoda türk xalqı ilə bağlı dediyi sözlər göstərilir.

O, videoda deyib: "Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq məfhumundan məhrum bir cəmiyyət tanımadım".

Geoloqun türk millətini təhqir etməsi iddiası üzrə iki ilə qədər həbsi istənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI