Modern.az

Köçəryan: "Sarkisyan məni aldatdı!"

Köçəryan: "Sarkisyan məni aldatdı!"

Aktual

19 May 2025, 14:56

“2018-ci ilin aprelində mən üçüncü prezidentə (Serj sarkisyan-red.) hələ baş nazir olmayanda zəng etdim, amma onun hökumət başçısı olacağı artıq bəlli idi. Zəng etdim ona görə ki, müxtəlif insanlar, ortaq dostlarımız mənimlə əlaqə saxlayıb deyirdilər: sən nə fikirləşirsən, hər şey nəzarətdən çıxır”.

Modern.az xəbər verir ki, bi fikirləri Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan yerli KİV-lərə müsahibəsində bildirib.

"Zəng edib soruşdum ki, vəziyyəti necə qiymətləndirirsən? Çox sakit cavab verdi: problem yoxdur, hər şey nəzarətdədir. Bu məni təəccübləndirdi və soruşdum: əminsənmi? Sualı bir-iki dəfə təkrar etdim. Amma o, çox sakit cavab verdi: hər şey nəzarətdədir.

Bir neçə gündən sonra beş-altı gün keçmişdi – o istefa verdi. Mənə sakitcə deyiləndə ki, hər şey nəzarətdədir, hər şey yaxşıdır, nə etməliydim?”, - deyə Köçəryan Sarkisyanın istefası barədə danışarkən aldadıldığını bildirib.

Onun sözlərinə görə, həmin vaxtadək kifayət qədər uzun müddət idi ki, Sarkisyanla ünsiyyət qurmamışdı: “Amma o vaxtkı vəziyyəti nəzərə alaraq qərara gəldim ki, hər halda zəng edim.

İndi düşünürəm ki, vəziyyətə yanlış qiymət verilib. Mən daha heç nə deməyəcəyəm, amma danışmağa başlasam, daha çox söyləyəcəm", - Köçəryan Sarkkisyandan incikliyini açıq şəkildə biruzə verib.

Xatırladaq ki, Robert Köçəryan 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək (iki dönəm) Ermənistan prezidenti vəzifəsini tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Onun yerinə isə müttəfiqi Serj Sarkisyan gəlib.

S.Sarkisyan 1993–1995-ci illərdə Ermənistanın müdafiə naziri işləyib. 1995–1996-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000–2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub.
2018-ci ildə onun prezidentlik müddəti başa çatıb. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.

O vaxtdan hakimiyyət Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına keçib.

Serj Sarkisyan və Robert Köçəryan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə rəhbərlik ediblər, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak ediblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal