Modern.az

Köçəryan özünü həkimə göstərsin! - Spikerdən eks-prezidentə sərt cavab

Köçəryan özünü həkimə göstərsin! - Spikerdən eks-prezidentə sərt cavab

Aktual

19 May 2025, 15:54

Parlamentin sədri Alen Simonyan eks-prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyanı  Ermənistanın ən varlı adamı adlandırmasına sərt cavab verib.

Modern.az-ın məlumatına görə, Simonyan bildirib ki, bu cür iddialarla çıxış edən hər kəs həkimə müraciət etməlidir.

“Çünki reallıq hamıya məlumdur: Paşinyan ölkə tarixinin ən açıq və şəffaf liderlərindən biri hesab olunur”.

Simonyan həmçinin Köçəryanın böyük sərvətinin mənbəyi ilə bağlı sual qaldırıb və təklif edib ki, keçmiş prezident onun 200 milyon dollara yaxın pulu necə topladığını izah etsin.

"İcazə verin soruşum ki, o pul “Artsax”dan, yoxsa Albaniyadan verilib?", - deyə spiker istehza ilə qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI