Modern.az

Polşada prezident seçkiləri - ikinci tur nə vaxt keçiriləcək?

Polşada prezident seçkiləri - ikinci tur nə vaxt keçiriləcək?

Aktual

19 May 2025, 20:23

Polşada keçirilmiş prezident seçkilərinin ilk turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilmədiyinə görə, seçkilərin ikinci turu iyunun 1-də keçiriləcək.

 

Modern.az xəbər verir ki, ikinci turda mübarizə ilk turda 31,36 faizlə ən çox səs toplayan Varşava meri və Mülki Koalisiya (KO) partiyasının namizədi Rafal Çarskovski və 29,54 faizlə ikinci yerdə millətçi və mühafizəkar hüquqşünas Karol Navrotski arasında olacaq.

 

Seçkilərin ikinci turu Polşanın gələcək siyasi istiqamətini müəyyən edəcək. Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq və liberal islahatları dəstəkləyən Çaskovski və milli suverenliyi və ənənəvi dəyərləri ön planda tutan Navrotski ölkə ictimaiyyətini əhatə edən iki əsas siyasi düşərgənin təmsilçiləridirlər. Çaskovski hazırda hökumətdə olan Mülki Koalisiyanın, Navrotski isə ana müxalifəti təmsil edən “Qanun və Ədalət” partiyasının dəstəyinə arxalanır. Bu səbəbdən də seçkilərin nəticəsi yalnız Polşa üçün deyil, həm də Avropa İttifaqı üçün əhəmiyyətli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI