Modern.az

Azərbaycanda dövlət şirkətləri ilə bağlı YENİLİK

Azərbaycanda dövlət şirkətləri ilə bağlı YENİLİK

20 May 2025, 11:14

Azərbaycanda dövlətə məxsus səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi prosesi sadələşdirilir.

Modern.az xəbər verir ki, bununla bağlı "Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI