Modern.az

Kartlardan 27 min manata yaxın pul oğurlandı

Kartlardan 27 min manata yaxın pul oğurlandı

Aktual

20 May 2025, 11:07

Mayın 19-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

"Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", DİN-in məlumatında deyilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi