Modern.az

Ermənistanda 4 ballıq zəlzələ

Ermənistanda 4 ballıq zəlzələ

20 May 2025, 11:22

Ermənistan və Gürcüstan sərhəddində zəlzələ baş verib.

Modern.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-də yerli vaxtla saat 10:11-də (GMT 06:11) Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi Ermənistan və Gürcüstanın sərhəd zonasında, Bavra şəhərindən 8 km cənub-şərqdə, 2,9 bal gücündə zəlzələ qeydə alıb.

Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, episentrdə zəlzələnin gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI