Modern.az

Lavrovu İrəvanda “Putin qatildir!” şüarı ilə qarşıladılar - QALMAQAL

Lavrovu İrəvanda “Putin qatildir!” şüarı ilə qarşıladılar - QALMAQAL

Aktual

21 May 2025, 09:47

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən axşam Ermənistana gəlib.

Modern.az-ın məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti Lavrovun qarşılanma mərasimindən sonra qalmaqallı hadisə baş verdiyini bildirib.

Belə ki, Arman Babacanyanın rəhbərlik etdiyi “Respublika adına” partiyası Rusiya xarici işlər nazirini hava limanına gedən yolda “Putin qatildir!” yazılmış pankartla qarşılayıb. Ərazidə polislər olsa da, onlar heç bir şəkildə tədbirə müdaxilə etməyiblər.

Xatırladaq ki, Sergey Lavrov mayın 21-də İrəvanda işgüzar səfərdə olacaq. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Lavrov İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla danışıqlar aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI