Modern.az

Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB

Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB

Aktual

21 May 2025, 12:07

Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr üçün yeni 2 illik planın hazırlanması üzrə işlər artıq başa çatıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla İrəvanda keçirilən geniş tərkibli görüşdə deyib.

“Ümid edirəm ki, bu plan bu gün imzalanacaq”, - Mirzoyan qeyd edib.

Nazir humanitar sahədə əməkdaşlıqda xüsusilə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb. O, ötən danışıqların məhsuldar keçdiyini əlavə edib və geniş tərkibdə keçirilən görüşün də bu konstruktiv prosesin davam etdiriləcəyinə əminliyini ifadə edib.

***

Ermənistan Xarici İşlər Nazirliyində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş barədə daha geniş məlumat variləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI