Modern.az

Vətən müharibəsi qazisinə yüksək vəzifə VERİLDİ

Vətən müharibəsi qazisinə yüksək vəzifə VERİLDİ

Aktual

21 May 2025, 13:05

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova yeni müşavir təyin edilib. 

Modern.az qaynarinfo-ya istinadən xəbər verir ki, Vüsal Nizami oğlu Hətəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub. 

Bununla da Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 4-ə çatıb. 

Vüsal Hətəmov bundan əvvəl Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri olub. Hələlik sözügedən şöbəyə təyinat olmayıb. 

Qeyd edək ki, Vüsal Hətəmov Vətən müharibəsi qazisidir, BDU-nun məzunu, baş leytenant, yazıçı-publisistdir. 

1437734

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI