Modern.az

Sükan arxasında qaydaları ən çox kimlər POZUR...

Sükan arxasında qaydaları ən çox kimlər POZUR...

Aktual

21 May 2025, 13:30

Azərbaycanda son illərdə sürücülük vəsiqəsi alan qadınların sayı sürətlə artır. 2023-cü ildə 44 mindən çox qadın sürücülük vəsiqəsi alıb. Sürücülük vəsiqəsi alan qadınların sayı 2008-2023-cü illərdə 235.654 nəfər təşkil edib.

Vəsiqə alan kişilərin də sayı artır. Amma qadınların sayındakı artım daha sürətlə baş verir. 2009-cu ildə sürücülük vəsiqəsi alanların 4%-i  qadın olduğu halda, 2023-cü ildə 12%-i qadın olub. 2023-cü ildə 366.514 nəfər sürücülük vəsiqəsi alıb. Onların 322.511 nəfəri kişi, 44.003 nəfəri qadın olub. 

Modern.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki,  qurum tərəfindən mütəmadi olaraq, yol-nəqliyyat hadisələri ilə bağlı profilaktik tədbirlər keçirilir. Lakin edilən xəbərdarlıqlara rəğmən, bəzi sürücülərin( kişi və qadın) qaydalara biganə( qeyri-ciddi) yanaşmaları sonda faciəli hadisələrə səbəb olur. 

Elvin Hacıyev açıqlayıb ki, idarə tərəfindən aparılan araşdırmalara nəzər yetirdikdə, qəzaların müxtəlif səbəbləri mövcuddur. Ən çox qayda pozuntuları sırasında sürət həddinin aşılması gəlir. Hansı ki, xüsusi texniki vasitə sayılan “Radar”-a yaxınlaşır. Sürücü yaxınlaşan zaman sürət həddini azaldır. Sonra isə, uzaqlaşdığı an sürət həddi qaldırılır. 

“Baş verən qəzalar ən çox 2 texniki vasitə arasında və günün qaranlıq saatlarında olur. Digər məsələ kimi, sürücünün diqqətini yayındıran hərəkətlərdən istifadə etməsi( edilməsi) sayılır. Bəylərin telefon ilə danışması, xanımların sükan arxasında kosmetik vasitələrdən istifadə etməsi, yanındakı şəxslərin diqqəti yayındıran danışıq və hərəkətləri bunlara misaldır. Nəticədə, bir neçə saniyəlik diqqətsizlik böyük faciələrin əsasını qoyur.”-deyə, o söyləyib. 

O qeyd edib ki, qayda pozuntuları arasında “manevretmə” haqqında bir çox sürücünün bilməməsidir. Kobud şəkildə pozulan manevretmə qaydaları dəhşətli qəzaların başlanğıcı sayıla bilir. 

Təəssüflə qeyd edilir ki, həm xanım, həm də bəylərin bir çoxu idarə etdikləri avtomobil haqqında məlumata malik deyil. Texniki cəhətdən maşından anlamayan sürücülər ani hadisələr zamanı çarəsiz vəziyyətdə qalırlar. Məcburi dayanma hallarına yol verən sürücülər özləri də bilmədən digər sürücülərə təhlükə yaradır, həm də qanunları pozur. Toqquşmalar zamanı zəncirvari yol qəzaları baş verə bilir. 

“Qanun pozuntuları sırasında bəzi xanım və bəylərin işıqforun iş prinsipi haqqında məlumatsız olmalarıdır. Qadağan olunan işıqda keçən maşınlar ətrafdakı maşınlara ciddi təhlükə yaradır. Biz öz adımızdan daim sürücülərə səslənirik ki, yol-hərəkəti qaydaları haqqında məlumatlı olsunlar. İdarə etdikləri maşının texniki tərəflərini mənimsəsinlər. Qaydalara riayət etmək onların hər biri üçün təhlükəsiz yol deməkdir”.

Zərif Sofiyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI