Modern.az

İsrail səfiri Azərbaycana təşəkkür etdi

İsrail səfiri Azərbaycana təşəkkür etdi

Aktual

22 May 2025, 12:03

İsrailin Bakıdakı səfiri Corc Dik Azərbaycana İsrail diplomatlarına və ölkədəki yəhudi icmasına dəstək və müdafiəyə görə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

"Vaşinqtondakı yəhudi tədbirində baş verən və İsrail səfirliyinin iki əməkdaşı - Yaron və Saranın güllələnərək öldürüldüyü dəhşətli terror aktından sarsılmışıq. Bu gənclər növbəti həftə nişanlanmalı idilər. Bunun əvəzinə, ürək ağrısı ilə onların dəfninə hazırlaşırıq. Azərbaycan xalqına və hökumətinə bu ölkədə İsrail diplomatlarının və yəhudi icmasının müdafiəsinə olan qətiyyətli sadiqliyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm", - Corc Dik yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI