Modern.az

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı

Aktual

22 May 2025, 13:10

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsinin icrası Kənan Quluzadəyə tapşırılıb. 

Modern.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev müvafiq əmr imzalayıb. 

Nağıyevin müvafiq əmri ilə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Aparat rəhbəri vəzifəsini də icra edəcək. 

Dövlət Turizm Agentliyindən xəbəri təsdiqləyiblər. 

Xatırladaq ki, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırıldığı bildirilib. Bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nağıyevə şiddətli töhmət verilib. Hadisədən sonra qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən azad edilib.

1438003

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI