Modern.az

Bakı və Abşeronda oğurluq edənlər saxlanıldı

Bakı və Abşeronda oğurluq edənlər saxlanıldı

Aktual

22 May 2025, 15:08

Abşeron rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus pul, mobil telefon, səsgücləndirici və akkumulyatorların oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini etməkdə şübhəli bilinən 32 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir qadının mobil telefonunu talamaqda şübhəli bilinən 77 yaşlı R.Cavanşirov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi