Modern.az

Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalamalıdır - Lavrov

Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalamalıdır - Lavrov

Aktual

23 May 2025, 14:02

Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında uğurlar arzulayır və belə bir sənədin işlənib hazırlanması və imzalanmasında bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır.

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır, biz onlara bu işdə səmimi qəlbdən uğurlar arzulayırıq", - o qeyd edib.

“Aydındır ki, razılaşma Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub. Hər iki tərəf də bunda maraqlı olarsa, yardımı davam etdirməyə hazırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI