Modern.az

“Vaqa"nın həbs müddəti uzadıldı

“Vaqa"nın həbs müddəti uzadıldı

Aktual

23 May 2025, 13:50

“Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Modern.az Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, V. Zeynalzadə "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB