Modern.az

Leysan yağacaq, çaylardan sel keçəcək - Hava xəbərdarlığı

Leysan yağacaq, çaylardan sel keçəcək - Hava xəbərdarlığı

Aktual

23 May 2025, 16:42

Azərbaycanın rayonlarında mayın 24-dən 25-i gündüzədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Modern.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI