Modern.az

20 gündür axtarılan uşağın meyiti tapıldı

20 gündür axtarılan uşağın meyiti tapıldı

Aktual

24 May 2025, 11:43

Ermənistanda təxminən 20 gün davam edən axtarış-xilasetmə işlərindən sonra 2 yaşlı Tiqranın meyiti bu gün səhər Marmarik çayında tapılıb.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, uşağın meyiti parçalanmamış, bütöv halda tapılıb.

Xilasedicilər mayın 4-dən Marmarik çayında uşağı axtarırdılar.

Tiqranın itməsi ilə bağlı müxtəlif versiyalar səsləndirlirdi. Bu hadisə Ermənistanda ciddi rezonans doğurmuş və onun oğurlandığı barədə iddialar da yayılmışdı.

Axtarışlara 860-a yaxın xilasedici, o cümlədən dalğıc və kinoloji xidmət əməkdaşları, 490-a yaxın polis əməkdaşı, Marmarik sakinləri və könüllülər cəlb olunmuşdu. Axtarış işlərinin səmərəliliyini artırmaq üçün pilotsuz uçuş aparatları və xilasedici qayıqlardan istifadə edilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ