Modern.az

Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edildi

Şahbaz Şərifin Azərbaycana səfəri müzakirə edildi

Aktual

24 May 2025, 19:57

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

 

Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə də danışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu