Modern.az

Polis Lənkəranda əməliyyat keçirdi - FOTO

Polis Lənkəranda əməliyyat keçirdi - FOTO

Aktual

26 May 2025, 14:36

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Polis Lənkəranda əməliyyat keçirdi - FOTO

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI