Modern.az

Xətaidəki insidentlə bağlı cinayət işi açıldı

Xətaidəki insidentlə bağlı cinayət işi açıldı

27 May 2025, 09:26

Sosial şəbəkələrdə yayılan, paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Modern.az-a bildirib ki, hadisə mayın 20-də qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi “Hyundai” markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu