Modern.az

Gürcüstanın daxili işlər naziri istefa verdi

Gürcüstanın daxili işlər naziri istefa verdi

Aktual

28 May 2025, 10:16

Gürcüstanın daxili işlər naziri, baş nazirin müavini Vaxtanq Qomelauri istefa verib.

Modern.az xəbər verir ki, Vaxtanq Qomelauri istefası barədə müraciətindən bildirib:

"İctimaiyyətə bildirmək istəyirəm ki, Gürcüstanın daxili işlər naziri postunu tərk etmək qərarına gəldim. Bu qərar mənim üçün asan olmadı. 2011-ci ildən mən cənab Bidzina İvanişvilinin rəhbərlik etdiyi və ölkəmizə köklü dəyişikliklər gətirən mübarizənin iştirakçısıyam".

Qomelauri qeyd edib ki, hökumət komandasının rəhbərliyi altında ölkənin əldə edə bildiyi hər şey onun üçün son dərəcə dəyərli və şərəflidir.

"Bundan irəli gələrək, bu komandaya sadiq qalıram. Gələcəkdə mən də lazım gələrsə, istənilən vaxt dövlətin və hakim komandanın tərəfində durmağa hazıram", - Qomelauri deyib.

O xatırladıb ki, 10 ildən artıq Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və baş nazirin müavini vəzifələrində çalışıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu