Modern.az

Laçınla bağlı yayılan neqativ paylaşımlara xüsusi nümayəndəlikdən CAVAB

Laçınla bağlı yayılan neqativ paylaşımlara xüsusi nümayəndəlikdən CAVAB

Aktual

28 May 2025, 10:13

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi sosial şəbəkələrdə yayılan neqativ paylaşımlara münasibət bildirib.

Modern.az Apa-ya istinadən xəbər verir ki, bu barədə xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev mətbuatda ara-sıra yayılan neqativ fikirlərlə bağlı hər bir insanın özünəməxsus yanaşmasının olduğunu deyib.

O qeyd edib ki, bu cür fikirlərin yaranmasının obyektiv və subyektiv səbəbləri də ola bilər:

“Nəzərə alaq ki, bura həssas zonadır. İnsanlarımız 32 il buradan ayrı düşüb, yeni nəsillər formalaşıb. Bu nəsillərin burada yerləşməsi, məskunlaşmasında ilkin olaraq müəyyən çətinliklər yaşanıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi