Modern.az

Azərbaycanla Pakistan arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirildi

Azərbaycanla Pakistan arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirildi

Aktual

28 May 2025, 11:45

Pakistanın İslamabad şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı arasında “11-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan  Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Silahlı Qüvvələri Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi ilə görüşüb.

Görüşdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyət və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi və daha da dərinləşdirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşün yekununda “11-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu” imzalanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu