Modern.az

Manatın dövretmə sürəti azalıb

Manatın dövretmə sürəti azalıb

Aktual

28 May 2025, 13:33

Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,33 bənd təşkil edib.

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd az, ilin əvvəli ilə müqayisədə 0,12 bənd az, ötən il mayın 1-nə nisbətən isə 0,01 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu