Modern.az

Rusiya-Ukrayna danışıqlarının yeni raundu elan ediləcək - Lavrov

Rusiya-Ukrayna danışıqlarının yeni raundu elan ediləcək - Lavrov

Aktual

28 May 2025, 13:37

Yaxın vaxtlarda Rusiya və Ukrayna arasında danışıqların yeni raundu elan ediləcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mayın 16-da İstanbulda keçirilən danışıqlarda biz təkid etdik ki, bütün bu ayrı-seçkilik yaradan qanunlar ləğv edilsin və biz bunu yaxın gələcəkdə açıqlayacağımız birbaşa danışıqların növbəti raundunda davam etdirəcəyik”, - deyə o qeyd edib.

Lavrov əlavə edib ki, Rusiya Kiyevlə danışıqlara çoxdan hazırdır, lakin Ukrayna bundan imtina edib. 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında Lavrov Moskvanın Ukrayna ilə danışıqların ikinci raundunu keçirmək üçün yenidən Ankaraya üz tutacağını bildirib. Öz növbəsində Türkiyənin xarici işlər naziri əmin edib ki, ölkəsi istənilən vaxt Moskva və Kiyevdən gələn nümayəndə heyətlərini qəbul etməyə hazırdır və bunu özünün unikal missiyası kimi görür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu