Modern.az

Domodedovo aeroportunda Müstəqillik Günü təbriki nümaiş olundu

Domodedovo aeroportunda Müstəqillik Günü təbriki nümaiş olundu

Aktual

28 May 2025, 13:55

Rusiyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Domodedovo Beynəlxalq Hava Limanında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklər olan parlaq LED panellər quraşdırılıb.

Modern.az xəbər verir ki, ekranlarda Dövlət Bayrağı və “28 May – Azərbaycanın Müstəqillik Günü” yazısı əks olunub. Rusiyanın ən böyük hava limanlarından birində Azərbaycan rəmzlərinin nümayişi ölkəmizin tarixinə və dövlətçiliyinə hörməti əks etdirir, həmçinin iki ölkə arasında sıx humanitar və mədəni əlaqələri vurğulayır.

Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi