Modern.az

Bakıda yol qəzası - Svetofor yararsız hala düşdü

Bakıda yol qəzası - Svetofor yararsız hala düşdü

Aktual

29 May 2025, 11:40

Bakıda yol qəzası olub.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, gecə saatlarında paytaxtın Xətai rayonu, Xocalı prospekti ilə Fəzail Bayramov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən üzərində piyada və velosiped bölməsinin də olduğu nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi