Modern.az

Azərbaycan Ordusu “Smerç”ləri işə saldı - VİDEO

Azərbaycan Ordusu “Smerç”ləri işə saldı - VİDEO

Aktual

29 May 2025, 12:32

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli (YARS) bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!