Modern.az

Mal-qara gətirməyə getdi, meyiti tapıldı

Mal-qara gətirməyə getdi, meyiti tapıldı

Aktual

30 May 2025, 08:01

Lənkəranda qətl hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Vilvan kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.

 

Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.

 

Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

 

Faktla bağlı rayon prokrorluğunda araşdırma başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi