Modern.az

Moskva-Qəbələ reysi açılır

Moskva-Qəbələ reysi açılır

Aktual

30 May 2025, 10:03

İyulun 2-dən Rusiyanın “İrAero” aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq

Modern.az xəbər verir ki, aviadaşıyıcının məlumatına görə, uçuşlar həftədə bir dəfə - çərşənbə günləri SSJ-100 təyyarələri ilə həyata keçiriləcək.

Moskvanın Domodedovo hava limanından Qəbələyə eniş nəzərdə tutulub. Qəbələdən geri dönüş reysi həmin yerinə yetiriləcək.

Uçuşlar sentyabrın 10-u daxil olmaqla həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 19-dan Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi