Modern.az

Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Aktual

30 May 2025, 13:54

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. 

Modern.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Nərimanov rayonu ərazisində keçirilən tədbirlər nəticəsində 31 yaşlı S.Musayev saxlanılıb. Onun idarə etdiyi “Hyundai” markalı avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bundan başqa, Xəzər və Sabunçu rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 41 yaşlı A.Yusifov və 50 yaşlı İ.Mərdanov da saxlanılıblar. Onlardan heroin və metamfetamin, yaşadıqları evlərə baxış zamanı isə ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə və 17 psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu