ABŞ, Ukrayna və Rusiya prezidentləri Donald Tramp, Vladimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqlar Moskva və Kiyev nümayəndələrinin İstanbulda keçirilən görüşündə nəticə əldə olunarsa, mümkündür.
Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Putin dəfələrlə bildirib ki, o, prinsipial olaraq yüksək səviyyədə təmasların tərəfdarıdır; təbii ki, bunlar tələb olunur, lakin buna hazır olmaq lazımdır və ilk növbədə, iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Əgər belə bir nəticə əldə olunarsa, o zaman, əlbəttə ki, ən yüksək səviyyədə təmaslardan danışmaq olar", - Peskov bildirib.
Rusiya və Ukrayna arasında danışıqların ikinci mərhələsi iyunun 2-də İstanbulda keçiriləcək. Bundan əvvəl tərəflər 2022-ci ildən bəri ilk dəfə mayın 16-da orada görüşüblər. Nəticədə “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin mübadiləsi və atəşkəs üçün şərtlərin formalaşdırılması haqqında razılaşma əldə olunub.