Modern.az

Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək

Azad edilmiş ərazilərdə daha 6 kiçik SES tikiləcək

Aktual

30 May 2025, 15:28

Yaxın vaxtlarda azad olunmuş ərazilərdə daha 6 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlanılacaq.

Modern.az əbər verir ki, bunu bu gün Xankəndi şəhərində keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında "Azərenerji" ASC-nin rəhbərinin müşaviri Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə gücü 276,6 MVt olan 34 KSES istismar olunur, yeni layihələrinin başa çatması ilə onların sayı 38-ə gücü isə 307 MVt-ə çatdırılıb.

Vüqar Əliyev onu da qeyd edib ki, KSES-də faydalı iş əmsalı maksimum 60%, minimum isə 30% təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu