Modern.az

BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub - FOTO

BMU rektoru Azərbaycanın Koreyadakı səfirliyində olub - FOTO

Aktual

30 May 2025, 16:55

Koreya Respublikasında səfərdə olan Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Modern.az xəbər verir ki, görüşdə səfir Ramin Həsənov səfirliyin yeni istifadəyə verilmiş binasında ilk qonaq kimi BMU nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edib. O, həmçinin dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya Respublikası ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkib. Səfir BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində hazırda bu ölkədə təhsil alan 83 tələbə ilə mütəmadi görüşlərin keçirildiyini, onların gündəlik qayğıları ilə daim maraqlandıqlarını qeyd edib.

Rektor Yaqub Piriyev Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayıb. Proqrama uyğun olaraq həyata keçirilən BMU-İNHA İDP barədə məlumat verən rektor Koreyada təhsillərinin sonuncu kursunu davam etdirən İDP tələbələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi