Ermənistan Respublikasının polis rəisi, daxili işlər nazirinin müavini, polis general-mayoru Aram Hovhannisyan təqaüdə çıxması ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Modern.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb.
Bəzi məlumarlara görə, Aram Hovhannisyana istefa ərizəsi yazmağı Baş nazir Nikol Paşinyan tövsiyyə edib.