Modern.az

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

Azərbaycan-Avstriya Qarışıq Komissiyasının həmsədri dəyişdi

Aktual

2 İyun 2025, 16:15

Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Komissiyanın həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri olub. Dəyişikliyə görə, bundan sonra həmsədr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək