Modern.az

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Aktual

2 İyun 2025, 17:30

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Modern.az-a bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur", - deyə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər