Modern.az

Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO

Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO

2 İyun 2025, 21:36

Bu gün Prezident İlham Əliyevə Bakı Ekspo Mərkəzində kitab hədiyyə edilib.

Modern.az-ın məlumatına görə, dövlət başçısına Emanuel Lüdviqoviç Nobelin original nüsxə (1909) kitabı təqdim edilib.

Qeyd edək ki, Nobel qardaşları XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinə ilk investisiya qoyan əcnəbilərdən biri olublar.

Prezident İlham Əliyevə, həmçinin Dombra çalğı aləti hədiyyə olunub.

Xatırladaq ki, dövlət başçısı bu gün Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi