Modern.az

Gəncə şəhərinin qazı KƏSİLƏCƏK

Gəncə şəhərinin qazı KƏSİLƏCƏK

Aktual

3 İyun 2025, 10:15

Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Modern.az-ın məlumatına görə, yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.

Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.

Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi