Modern.az

“Kristal Abşeron” rebrendinq etdi – Yeni ad, yeni loqo, yeni yanaşma

“Kristal Abşeron” rebrendinq etdi – Yeni ad, yeni loqo, yeni yanaşma

Aktual

3 İyun 2025, 10:23

Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Kristal Abşeron” rebrendinq həyata keçirib. 31 may tarixində “Gülüstan” sarayında keçirilən tədbirdə şirkət yeni ad və brend kimliyini ictimaiyyətə təqdim edib.

Modern.az-ın məlumatına görə, bu gündən etibarən şirkət fəaliyyətini “Kristal” adı ilə davam etdirəcək.

Tədbirin açılış nitqini “Kristal”ın Müşahidə Şurasının sədri Məhayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti ərzində formalaşan əsas dəyərlərdən danışıb və rebrendinqin bu dəyərləri qorumaqla yanaşı, onları daha çağdaş yanaşmalarla zənginləşdirməyə xidmət etdiyini qeyd edib.

Yeni kommunikasiya strategiyası insan mərkəzli yanaşmaya əsaslanır. Bu kontekstdə şirkətin rəsmi veb-saytı da yenilənib — əvvəlki kristalabsheron.az ünvanı kristal.az ilə əvəz olunub. Yeni sayt istifadəçilərə daha sadə, sürətli və əlçatan interfeys təklif edir.

Şirkətin təqdim etdiyi əsas yeniliklərdən biri isə əmlak sektorunda ilk olacaq mobil tətbiqdir. 30-dan çox funksiyaya malik bu smart tətbiq, sakinlərin gündəlik həyatını asanlaşdırmağa yönəlib və yaşayış sahələrində rahatlığı maksimum dərəcədə təmin etməyi hədəfləyir.

Etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə sadiq qalaraq fəaliyyət göstərən “Kristal”, yeni brend kimliyi ilə inkişaf yolunu daha müasir və dinamik şəkildə davam etdirməyi planlaşdırır.

1440740

1440741

14407431440744

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü